SOCAR prezidenti Gürcüstana səfər edib

SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstana səfəri çərçivəsində sentyabrın 28-də Kulevi terminalında iki əlavə rezervuar parkının təntənəli açılış mərasimində iştirak edib. “OLAYLAR”-ın şirkətə istinadən verdiyi xəbərə görə, Gürcüstanın iqtisadiyyat naziri Dimitri Kumsişvili, energetika naziri İliya Eloşvili və digər rəsmi şəxslər də mərasimdə iştirak ediblər. Bildirilib ki, terminalda əlavə parkların tikintisinə 2015-ci ildə başlanılıb.