Muğam Mərkəzində  “Etnik musiqi inciləri” layihəsi təqdim edildi

Beynəlxalq Muğam Mərkəzində  “Etnik musiqi inciləri” adlı yeni layihə təqdim edilib.  Mərkəzdən “Olaylar” – a bildirilib ki, tədbir Azərbaycan və Rumıniya ölkələrinin diplomatik əlaqələrinin 25 illiyinə həsr olunub. Səhnəyə Rumıniyanın Bakıdakı səfiri Dan Lanku çıxaraq iki ölkə arasında olan diplomatik fəaliyyət və davam edən mədəni və siyasi əlaqələrdən danışıb.