Dənizkənarı Milli Parka giriş iyunun 20-dən 26-dək bağlı olacaq

Bakıda keçiriləcək "Formula 1” yarışları ilə əlaqədar olaraq Dənizkənarı Milli Park ərazisinin bir hissəsinə giriş qadağan olunacaq. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov  bildirib ki, ümumi ərazisi 14 km olan Dənizkənarı Milli Parkın yalnız 3 km-dən bir qədər az – “köhnə bulvar” olan hissəsi bağlanacaq.