ADU rektoru: "Süni surətdə tələbələrin kəsirlərinin saxlanmasına imkan verilməyəcək"

“Süni surətdə tələbələrin kəsirlərinin saxlanmasına imkan verilməyəcək”. Bunu Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla deyib. Rektor ADU-nun kitabxanasının yaxşılaşdırılması istiqamətində də addımlar atılacağını bildirib: “Təhsil naziri Mikayıl Cabbarov məni Azərbaycan Dillər Universitetinin (ADU) kollektivinə təqdim edib getdikdən sonra dedim ki, kitabxananı görmək istəyirəm. Mənə dedilər ki, əsas binada kitabxana yoxdur, kitabxana universitetin başqa binasına köçürülüb. Mən buna çox təəccübləndim. Təsəvvür edin, bu binada təhsil alan tələbə kitab üçün başqa binaya gedir”.