Fikir, söz və məlumat azadlığının təminatçısı

Azərbaycan tarixində ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan sonra əsas diqqət yetirdiyi məsələlərdən biri də müstəqillik ənənələrinə xas xüsusisyyətləri, demokratik prinsipləri inkişaf etdirmək, demokratiyaya sadiqliyini nümayiş etdirmək idi. Demokratik ənənələr, pirinsiplər isə ilk növbədə fikir, söz, ifadə məlumat azadlığının necə təmin olunmasında özünü göstərirdi.