Smartfon istifadəçilərinə XƏBƏRDARLIQ

"Kaspersky Lab"şirkətinin əməkdaşları "Android" smartfonlar üçün nəzərdə tutulan yeni troyan aşkar ediblər.  Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyindən verilən məlumata görə, "Google Play" onlayn mağazası vasitəsilə yayılan zərərverici proqram, yeni üsullardan istifadə edərək qurğunu "root" imtiyazlara keçirməyə qadirdir. "Dvmap" adı alan ("Kaspersky Lab"ın təsnifatına görə) virus, "Google Play"ə müxtəlif tətbiqetmələr adı altında məsələn, sadə  məntiqi oyun formasında yüklənilib. Tədqiqatçılar bildirirlər ki, "Dvmap Android"in tətbiqetmələr olan rəsmi mağazasından 50 min dəfədən artıq  yüklənilib.