Britaniyada məscidlərin mühafizəsi gücləndirilir

Britaniyanın baş naziri Tereza Mey ölkədəki məscidlərin mühafizəçilərinin sayının artırılması haqda qərar qəbul edib. Bu haqda o, iyunun 19-da iqamətgahının qarşısındakı çıxışında bildirib. Baş nazir məscidlərin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə polis dəstələri göndərilməsi haqda qərar qəbul etdiyini bildirib.