"WhatsApp"dan daha bir yenilik

Populyar "WhatsApp" messenceri öz əlavəsində "YouTube" videolarını dəstəkləməyə başlayacaq.  Tərtibatçılar gizli imkanlara malik yeni funksiyanın sınaqlarına başlayıblar.  Bu isə keçid olmadan dərhal messencerin özündə populyar video hostinqdə videoya baxmaq imkanıdır. Yeni funksiyanı artıq əlavənin 2.17.40 versiyasında istifadə etmək mümkündür. Videoçarxlar birbaşa olaraq əlavədə açılır və "WhatsApp" istifadəçilərinin əlavə proqramlardan istifadə etmək işini asanlaşdırır. 

Evlərin qəniminin qolları qandallanıb

Gəncədə oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayından iyul ayınadək olan müddətdə rayon ərazisində 6 evdən məişət əşyaları, 40 metr elektrik naqili, inşaat materialları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Röyal Səfərov tutulub. Faktla bağlı araşdırma aparılır.

Komitə sədri tapşırıq verdi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. Komitənin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, müşavirədə cari ilin 6 ayı ərzində dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunması ilə bağlı monitorinqlər aparıldığı bildirilib.