Sərhəddəki qorxulu xəstəlik: iki xəstəxana hazır vəziyyətə gətirildi

Azərbaycanla həmsərhəd dövlətlərdə, xüsusilə də İranda son zamanlar Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı vəziyyət gərginləşib. Bir neçə il əvvəl bu xəstəlik Gürcüstanda onlarla xəstənin ağırlaşmasına, iki nəfərin ölümünə səbəb olmuşdu. Xəstəliyin ən gərgin dövrü iyul ayı hesab edilir. Səhiyyə naziri Oqtay Şirəliyev xəstəliyin qarşısını almaq məqsədilə "Krım-Konqo hemorragik qızdırma xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə"əmr imzalayıb. Həkimlər məlumatlandırılıb, xəstəxanalar hazırlıq vəziyyətinə gətirilib, sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilib.

Evlərin qəniminin qolları qandallanıb

Gəncədə oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayından iyul ayınadək olan müddətdə rayon ərazisində 6 evdən məişət əşyaları, 40 metr elektrik naqili, inşaat materialları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Röyal Səfərov tutulub. Faktla bağlı araşdırma aparılır.

Komitə sədri tapşırıq verdi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. Komitənin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, müşavirədə cari ilin 6 ayı ərzində dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunması ilə bağlı monitorinqlər aparıldığı bildirilib.