Tələbə köçürülmələri ilə bağlı sənəd qəbuluna başlanıldı

Bu gündən ölkə daxilində yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi üçün elektron qaydada sənəd qəbuluna başlanılıb. Təhsil Nazirliyindən  verilən məlumata görə, transfer.edu.az portalı vasitəsi ilə aparılacaq sənəd qəbulu avqustun 15-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçə bilərlər. Bunun üçün təhsil alanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

“Olaylar” qəzeti və “Olaylar” İnformasiya Agentliyi İlham Əliyevə təşəkkür məktubu göndərdi

Müstəqil Azərbaycan mətbuatının tərəqqisi, milli mətbuatın inkişafı, media nümayəndələrinin sosial təminatının yüksəldilməsi istiqaəmətində atdığınız hər bir addım tədqirəlayiqdir. Xüsusən, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onların yeni mənzillə təmin olunması, kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyiniz maddi dəstək mediaya olan  diqqət və qayğının bariz nümunəsidir.

Evdən qızıl aparan yaxalanıb

Oğurluqda şübhəli bilinən Lənkəran rayonunun Sütəmurdov kənd sakini Emin Məmmədov tutulub. DİN-dən “Olaylar”a verilən mlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 25-də rayon ərazisindəki evlərdən birindən 470 manat pul, 1000 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Sütəmurdov kənd sakini Emin Məmmədov tutulub.

Evlərin qəniminin qolları qandallanıb

Gəncədə oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayından iyul ayınadək olan müddətdə rayon ərazisində 6 evdən məişət əşyaları, 40 metr elektrik naqili, inşaat materialları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Röyal Səfərov tutulub. Faktla bağlı araşdırma aparılır.

Komitə sədri tapşırıq verdi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. Komitənin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, müşavirədə cari ilin 6 ayı ərzində dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunması ilə bağlı monitorinqlər aparıldığı bildirilib.