Evlərin qəniminin qolları qandallanıb

Gəncədə oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayından iyul ayınadək olan müddətdə rayon ərazisində 6 evdən məişət əşyaları, 40 metr elektrik naqili, inşaat materialları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Röyal Səfərov tutulub. Faktla bağlı araşdırma aparılır.

Komitə sədri tapşırıq verdi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. Komitənin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, müşavirədə cari ilin 6 ayı ərzində dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunması ilə bağlı monitorinqlər aparıldığı bildirilib.